Fransanın xarici işlər naziri Bernard Kuşner əvvəlcədən elan edilməyən 2 günlük İraq səfəri çərçivəsində siyasi liderlər və yarı-muxtar Kürdüstan regionunun rəsmiləri ilə görüşlər keçirib. Fransanın xarici işlər naziri ölkədə siyasi sabitliyi alıqşlayaraq, İraqın şimal Kürdüstan regionunda təhlükəsizliyin təminat altına alındığını deyib.
Kürdüstan prezidenti Məsud Bərzani ilə birgə mətbuat konfransı zamanı Bernard Kuşner regional hökumətlə İraqın mərkəzi hökuməti arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Kuşner hər ikisi də kürd və müxalif Kürdüstan partiyalarının rəhbərləri olan prezidentlərin keçən avqust ayında mübahisəsiz müzakirə apara bilmədiklərini deyib. Lakin o, regional hökumətlə İraqın mərkəzi hökumətinin İraqın yenidənqurma işlərində artıq dost olduqlarını bildirib.
Kürdüstan prezidenti Məsud Bərzani Bernard Kuşner ilə Kərkükün statusu məsələsini müzakirə etdiyini bildirib. Məsud Bərzani Kürd hökumətinin mərkəzi hökumət və BMT ilə müzakirələri davam etdirdiyini deyib.
İraq konstitusiyasnın 140-cı maddəsinə görə, Kərkük şəhəri və vilayətinin statusunu referendum müəyyən etməlidir. Referendumun ötən ilin sonunda keçirilməsi planlaşdırılsa da qanunvericilər dekabr ayında məsəslənin 6 ay müddətinə təxirə salınmasına qərar verdilər.