Accessibility links

Barak Obama partiyasında nominasiyanı əldə etdiyini elan edib


ABŞ prezidentliyinə demokrat namziəd Barak Obama partiyasında nominasiyanı əldə etdiyini elan edib. 46 yaşlı İllinoiz sentoru bunu Minnesota şatatının Seynt Pol şəhərində tərəfədarları qarşısında etdiyi çıxışı zamanı bildirib. Həmin bu konvensiya mərkəzində respublikaçı namizəd Con Makkeynin sentyabr ayında partiyasından nominasiya irəli sürüləcək.

Obama Afrika mənşəli ilk amerikalıdır ki, əsas siyasi partiyaların birindən nominasiya əldə edə bilər. Barak Obama son iki praymeridə nominasiya üçün lazım olan 2118 nümayəndədən daha artıq nümayəndə əldə edib. Obamanı supernümayəndələrin dəstəyi bu qələbə ilə təmin edib. Obama Montanada, Klinton isə Cənubi Dakotada qələbə əldə edib.

Hillari Klinton yarışlardan geri çəkilmək niyyətində olmadığını, hər hansısa qərar qəbul etməzdən öncə tərəfdarları və partiya rəsmiləri ilə məsləhətləşəcəyini deyib.

XS
SM
MD
LG