Accessibility links

Mixail Qorbaçov repressiya qurbanlarının xartirəsinə həsr olunmuş muzeyin yaradılmasına çağırır


Sabiq prezident Mixail Qorbaçov Sovet dönəminin repressiya qurbanlarının xartirəsinə həsr olunmuş milli muzeyin yaradılmasına çağırır. Çağırışda cənab Qorbaçov Xatirə adlı nüfuzlu insan hüquqları təşkilatına qoşulub. O, həmçinin Sovet İttifaqının banisi olan Vladimir Leninin cənazəsinin Qırmızı Meydandakı Mavzoleydən çıxarılaraq dəfn olunmasına tərəfdar olduğunu deyib. 77 yaşlı sabiq Sovet prezidenti 1991-ci ildə Sovetlər Birliyinin dağılmasına gətirib çıxaran liberallaşdırma siyasəti həyata keçirdi.

Rus tarixçiləri təxmin edirlər ki, diktator İosif Stalinin hakimiyyəti altında 11 milyonla 27 milyon arasında adam dövlət tərəfindən məhv edilib. Tənqidçilər deyirlər ki, Vladimir Putin öz hakimiyyəti dönəmində Sovet hakimiyyətinin qara əməllərini pərdələməyə çalışırdı.

XS
SM
MD
LG