Accessibility links

D.Medvedev ukraynalı və gürcü həmkarlarına xəbərdarlıq edib


Rusiya prezidenti Dimitri Medvedev Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq səyləri barədə xəbərdarlıq edib. Rusiya xarici işlər naziri Serqey Lavrov deyir ki, cənab Medvedev xəbərdarlıqları Ukrayna prezident Viktor Yuşenko və Gürcüstan dövlət başçısı Mixail Saakaşvili ilə ayrı-ayrı görüşlər zaman çatdırıb. Danışıqlar keçmiş Sovet İttifaqına daxil olan 12 respublika liderinin iştirakı ilə Sankt Peterburq yaxınlığındakı Strelna sarayında təşkil edilən sammitin nəzdində keçirilib. Nazir Lavrovun sözlərinə görə, cənab Medvedev ukraynalı həmkarına bildirib ki, NATO-ya daxil olmaq 1997-ci ildə ölkələr arasında imzalanan dostluq sazişinin pozulması deməkdir.
XS
SM
MD
LG