Accessibility links

İraqda 4 yaraqlı öldürülüb


İraqdakı koalisiya qüvvələri 4 terrorçunu öldürüb, ölkənin şimalında 5 nəfər həbs edilib. Ordunun açıqladığı bəyanatda deyilir ki, qoşunlar bu gün Mosul şəhərində atəşə məruz qalandan sonra əcnəbi terrorçuların sığınacaqlarını hədəf alıb. Cavab atəşi açan koalisiya qüvvələri 4 yaraqlını öldürüb. Bəyanatda deyilir ki, qüvvələr yaraqlıların istifadə etdiyi guman edilən 2 binanı dağıdıb. Bu gün həmçinin ordu Mosuldakı reyd zamanı 5 terrorçunu ələ keçirib. Bağdadın şimalında isə koalisiya qüvvələri toqquşmalar zamanı bir yaraqlını öldürüb.
XS
SM
MD
LG