Accessibility links

Moskva yaxınlığında bir qrup azərbaycanlı 49 özbəyi qul kimi işlətməkdə ittiham olunub


Rusiya polisi Moskva yaxınlığında bir kənddə bir qrup Azərbaycanlının qul kimi işlətdiyi 49 Özbək mühacirin azad edildiyini bildirib. Rəsmilər Ramensk rayonunun Çulkovo kəndində aparılan əməliyyat zamanı iki azərbaycanlının nəzarət altına alındığını bildiriblər. Onlar insan alveri ittihamı ilə üz üzədirlər. “Ria Novosti”nin xəbərinə görə, əməliyyat şənbə günü həyata keçirilib. Nəzarətdə saxlanmış özbəklərin siyahısına qadın və kişilərin daxil olduğunu bildirilir. Polisin iddiasına görə, azərbaycanlı dəsdə girovları döyüb və bəzi hallarda zorlayıb.

XS
SM
MD
LG