İranın Xarici işlər nazirliyinin sözçüsü deyib ki, ABŞ prezidenti Corc Buşun Tehrana qarşı hərbi aksiya ilə hədələməsi ölkənin nüvə ambisiyalarını dayandırmayacaq.
Məhəmməd Əli Hüseyni bu gün açıqladığı bəyanatda prezident Buşun şərhlərini “məsuliyyətsiz” adlandırb və onu “birtəfərli və təkəbbürlü münasibət”də günahlandırıb.
Dünən Almaniyada səfərdə olan prezident Buş deyib ki, İranın nüvə proqramına son qoyması üçün hərbi aksiya da daxil olmaqla, bütün yollar nəzərdən keçirilir. Cənab Buş deyib ki, o, İranla bağlı vəziyyəti həll etmək üçün diplomatiyadan istifadə etməyə üstünlük verir.