Accessibility links

ABŞ prezidenti fransalı həmkarı ilə görüşüb


ABŞ prezidenti Corc Buş İranın nüvə proqramını dayandırması üçün beynəlxalq ictimaiyyətin təklif etdiyi iqtisadi güzəştlər paketini rədd etməsindən təəssüfləndiyini bildirib.

Bu gün fransalı həmkarı Nikola Sarkozi ilə gğrüşdən sonra danışan cənab Buş bu addımı İran liderlərinin öz xalqını daha çox təcrid etdiyinə işarə adlandırıb.

Cənab Sarkozi bildirib ki, İran xalqı liderlərinin onları apardığından daha yaxşı gələcəyə layiqdirlər. Prezident Buş həmçinin Suriya prezidenti Bəşər Əl-Əssadı İranla əlaqələrini kəsməyə və Livanın daxili işlərinə müdaxilə etməyə son qoymağa çağırıb. O, Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirərək, Suriya liderlərini prosesə dəstək verməyə səsləyib.

XS
SM
MD
LG