Accessibility links

Dövlət katibi Rays Yaxın Şərq səfərinə başlayır


Birləşmiş Ştatların baş diplomatı Kondoliza Rays Yaxın Şərq sülh prossesini canlandırmaq məqsədilə bölgəyə səfər edir. Bununla belə sülh prossesinin canlandırılacağına ümidlər azdır.

Dövlət Katibi Kondoliza Rays 6 aydır davam edən sülh danışıqlarında əldə edilən tərəqqini dəyərləndirmək məqsədilə İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək. Xanım Rays yanvar ayında prezident Buş vəzifəsini tərk edənə qədər , tərəflərni sülh razılığına nail olmasına çalışır.

İsrail hökumətinin sözçüsü Mark Regev hər iki tərəfin çox gərgin iş apardığını bildirir. Onun sözlərinə görə, siyasi dialoqu davam etdirmək əzmi var. Məqsəd bu ilin sonuna qədər tarixi razılığın əldə edilməsidir.

İsrail bidirir ki, İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyəti yaraqlı qrupları tərksilah etmək və terrorçulara əngəl törətməkdə kifayət qədər fəaliyyət göstərmir.

Fələstinlilərə gəldikdə, onlar İsrail hərbi qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatları və orada yəhudi yaşayış məntəqələrinin inşasına görə narahatdırlar. Fələstinlilərin rəsmiləri həmçinin dünən İsrailin fələstinlilərin gələcək paytaxt etmək istədikləri Şərqi Qüdsdə 1300 yeni ev inşa etmək planını elan etməsinə görə narahatlıqlarını bildiriblər.

Fələstinlilərin müzakirəçisi Saeb Erekat deyir ki, İsrail yaşayış məntəqələri ilə sülh arasında seçim etməlidir.

Birləşmiş Ştatlar yaşayış məntəqlərinin genişləndirilməsini sülhə maneə kimi qiymətləndirərək bunu tənqid edib.

XS
SM
MD
LG