Etnik
serblərin etirazına baxmayaraq, Kosovonun yeni konstitusiyası bu gün qüvvəyə
minir. Kosovo müstəqilliyini elan edəndən 2 ay sonra aprel ayında
qanunvericilər konstitusiyanı qəbul edib. Konstitusiya Kosovonu müstəqil,
demokratik və dünyəvi
respublika kimi
göstərir. Onun qüvvəyə minməsi ilə BMT-nin idarə etdiyi hökumət Kosovoya həvalə
edilir. BMT rəsmiləri yeni hökumətin fəaliyyətlərinə nazərət edəcək. Rusiya və
Serbiya Kosovonun müstəqilliyinə etiraz edir. Serbiya prezidenti Boris Tadiç bu
gün bildirib ki, konstitusiya qeyri-qanunidir. ABŞ Kosovonu müstəqil dövlət
kimi tanıyan ölkələrdən biridir, ancaq
Rusiya isə bu hərəkəti qeyri-qanuni və beynəlxalq qaydalara zidd addım
adlandıranlar arasındadır.