Accessibility links

Yaponiyada zəlzələ səbəbi ilə ölənlərdən daha birinin cəsədi aşkar edilib


Yaponiyanın şimal bölgəsində baş verən zəlzələ səbəbi ilə ölənlərin daha birinin cəsədi aşkar edilib. Xilasetmə işçiləri tərəfindən cəsədlər zəlzələ zamanı dağılan 400 illik mehmanxananın dağıntıları altından tapılıb. Beləliklə, ölənlərin sayı 10 nəfər olub. 220 nəfərin yaralandığı, 11 adamın itkin düşdüyü bildirilir.

Yapon rəsmiləri zəlzələnin episentrinin paytaxt Tokiyodan 400 km-də yerləşən İvate regionunda olduğunu bildirir. Zəlzələdən sonra 150-dən artıq yeraltı təkan qeydə alınıb. Minlərlə adam işıqsız qalıb. Region yaxınlığındakı iki atom elektrik stasiyasına ziyan dəydiyi xəbər verilir.

XS
SM
MD
LG