Accessibility links

İsrail və Suriya müzakirələrin davamı barədə razılıq əldə ediblər


İsrail və Suriya Türkiyədə təşkil edilən görüş zamanı müzakirələrin davamı barədə razılıq əldə ediblər. İsrailin baş naziri Ehud Olmertin yardımçısı Ankaraya dünən gedib. Tərəflərin azı iki dəfə görüşəcəyi bildirilsə də, gələcək danışıqlar barədə ətraflı məlumat verilməyib. İsrail nümayəndəsi müzakirələri pozitiv adlandırıb. Suriya və İsrail Qolan təpələri ilə bağlı mübahisənin həllinə Türkiyənin yardım göstərdiyini keçən ay bildirib.

XS
SM
MD
LG