Accessibility links

ABŞ-ın keçmiş vitse-prezidenti Qor Barak Obamanı dəstəkləyib


Nobel mükafatı laureatı, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor senator Barak Obamanın prezidentliyə namizədliyini dəstəkləyib. Bazar ertəsi günü Miçiqan ştatının Detroyt şəhərində yürüş zamanı Qor tərəfdarları qarşısında çıxış edərkən Obamanı ölkəni daha yaxşı gələcəyə apara biləcək bir namizəd olduğunu deyib. Qor bildirib ki, gələn dörd il ərzində ABŞ Amerika əsgərlərinin İraqdan vətənə qaytarılması, iqtisadiyyatın yaxşılaşdırılması və qlobal iqlim dəyişiklikyi kimi məsələlər daxil olmaqla, bir sıra sınaqlarla qarşılaşacaq. O deyib ki, Obama bu problemləri həll etmək və Amerikaya dəyişiklik gətirməyə qadir olan ən yaxşı namizəddir. Qor qlobal istiləşmə əleyhinə kampaniya apardığına görə keçən il Nobel sülh mükafatına layiq görülmüşdü.

XS
SM
MD
LG