ABŞ prezidenti Corc Buş bu gün Konqres üzvlərini 20 illik Ofşor neft hasilatına qoyulan qadağanın götürülməsinə çağırmalıdır. Ağ Evin sözçüsü Dana Perino müxbirlərlə söhbəti zamanı Corc Buşun təhlükəsiz, ətraf mühitə ziyanı olmayan neft hasilatına dair bu qanunun təsdiqinə çağıracağını deyib. Xanım Perino deyib ki, cənab Buş qanunvericilərin yanacaq qiymətlərinin bu dərəcədə yüksəldiyi bir zaman vaxtı hədər xərcləməyəcəklərinə ümid bəsləyir. ABŞ prezidenti Corc Buşun demokratların qəti şəkildə əleyhinə olğudu Milli Arktika qoruğunda da qazma işlərini təsdiq etmələrini istəyəcəyi gözlənilir.
ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn də Texas ştatında tərəfdarları ilə görüşü zamanı Ofşor neft hasilatına qoyulan qadağanın götürülməsinə çağırmalıdır. Onun rəqibi, demokrat senator Barak Obama isə bu çağırışların əleyhinədir.