2007-ci il oktyabr ayında Qırğızıstanda qətlə yetirilmiş özbək jurnalisti Əlişer Şərifovun atası Avaz Şərifov Amerikanın Səsinə bildirib ki, müstəntiqlər onun oğlunun ölümü ilə əlaqədar dəlilləri sıradan çıxarıblar. Belə ki, müstəntiqlər jurnalist Şərifovun bir sıra əşyalarını və sənədləri aparmış, lakin sonradan onları geri qaytarmamışlar. Cənab Avaz Şərifov müstəntiqlərin bu məsələyə biganə yanaşdıqlarından şikayətlənib.
Jurnalistin atası Qırğız prezidenti Kurmanbek Bakiyevə ünvanladığı məktubunda Özbəkistanla sərhəddə yerləşən Oş şəhərinin merinin ofisinə və polis idarəsinə Özbəkistan təhlükəsizlik qüvvələrinin yol tapdıqlarını yazıb.