Accessibility links

Berlin Hava Yardımının 60-cı ildönümü


İstefada olan ABŞ Hava Qüvvələri Polkovniki Geyl Halvorsen Berlin Hava Yardımında uçurduğu karqo təyyarəsindən uşaqlara konfet atır. O, bunu Merilenddəki Andryus Hava Bazasında olduğu kimi ABŞ boyu keçirilən hava şoularında edir. Onu konfet bombardmançısı adlandırırlar: “Biz bu Azadlıq Ruhu adlanan C-54 markalı təyyarəni uçururuq. Məqsədimiz azadlığın Berlində uşaqlara kəsb etdiyi mənanı Amerikadakı yaşlılara xatırlatmaq və uşaqlara öyrətməkdir”.

60 il bundan öncə Halvorsen Berlin Hava Yardımında iştirak edirdi. Bu, Soyuq Müharibənin ilk böhranı və tarixdə ən iri humanitar missiyalarından biri idi.

İkinci Dünya Müharibəsindən sonra bölünmüş Berlin Sovetlərin işğal etdiyi Şərqi Almaniya tərəfindən mühasirəyə alınmışdı. 1948-ci ilin Mayında Sovet İttifaqı müttəfiqlərin Berlini əldən verəcəyi ümidi ilə ABŞ, Britaniya və Fransanın şəhərin qərb hissəsinə çıxışını kəsdi.

Qərbi Berlində 2 milyon adamın 35 günlük azuqəsi qalmışdı. İyunun 26-da ABŞ və Britaniya yerli sakinlərə ərzaq, kömür və başqa lazımi vəsaitlər uçurmağa başladılar.

Halvorsen yarıdm əməliyyatının ən tanınmış pilotlarından biridir. O, Qərbi Berlindəki uşaqlara balaca paraşütlərə bağlanmış Amerika şokoladları atardı. Halvorsenə bu ideya Berlin aeroportunda tikanlı məftil çəkilmiş harsarın o tayından uşaqlarla danışarkən gəldi: “Onlar yalvarmadıqlarına görə mən onlara nəsə vermək istəyidrim. Mənim iki saqqızım var idi və onların hərəsini ikiyə bölərək 4 əddə saqqız parçasını uşaqlara verdim. Uşaqlara sanki milyon dollar vermişdin.”

Berlin Hava Yardımının gəlişinə şükranlıq edən uşaqlardan biri Helqa Steq idi. Bu gün o, ABŞ vətəndaşı olan Helqa Consondur: “Bizim yeməyə heç nəyimiz yox idi. Heç nə tapılmırdı. Bəzi köhnə kartoflarımız var idi. Biz bütün vaxtı ac idik. Biz yatağa paltarla gedərdik, çünki evi istilətməyə kömürümüz yox idi”.

O, ABŞ və Britaniya təyyarələriin enişini eşidəndə qəlbində ümid hissinin baş qaldırdığını xatırlayır. “Biz Amerikalılara o qədər minnətdar idik. Yadda saxlamaq lazımdır ki, biz düşmən idik və müharibə cəmi 3 il idi ki, qurtarmışdı. Amma sonra Amerikalılar bizə sağ qalmağa kömək etdilər” deyə o, bildirir.

Conson da həmçinin Berlin Hava yardımının muzeyi funksiyasını yetirən Azadlıq Ruhu adlı karqo təyyarəsindəhava şoularına gedir. Halvorsen deyir ki, Berlin Hava yardımı ictimai rəyi Sovetlərə qarşı çevriməklə Sovet diktatoru İosif Stalinin qərbə doğru irəliləyişini dayandırdı. Belə ki, Sovetlər insanları ac saxladıqları halda, Amerikalılar və onların müttəfiqləri Berlin sakinlərini yedizdirirdilər.

Sovetlər blokadaya 1949-cu ilin Mayında son qoydular. Hava yardımı isə Sentyabrda başa çatdı.

Həmin 15 ay ərzində ABŞ və britaniya Berlinə 278 min uçuş təşkil etfdilər. Bu uçuşlarda 2.3 milyon ton ərzaq daşındı. Əməliyyatda 101 adam hyatını itirdi. Karqo təyyarələri ümumilikdə 148 milyon kilometr qət etdilır ki, bu yerdən günəşə qədər olan məsafədir.

XS
SM
MD
LG