Accessibility links

ABŞ İsrailin özünü-müdafiə hüququna malik olduğunu deyir


İsrailin İrana hücuma hazırlaşması haqda xəbərlər dolaşdığı bir zamanda ABŞ İranın nüvə proqramı ilə bağlı yaranmış qarşıdurmanı diplomatik yolla həll etməyə sadiq olduğunu bildirib. Nyu York Taymz qəzeti yazır ki, İsrail bu ayın əvvəlində Aralıq dənizində uzaq məsafəli təlimlər keçirib.

ABŞ rəsmiləri İsrailin İranəın nüvə proqramından narahatlığına anlaşma ilə yanaşırlar. Eyni zamanda onlar Buş administrasiyasının insentivlər və sanksiyalardan ibarət iki cığırlı diplomatiya kursunun davam etdiriləcəyini deyirlər. Nyu York Taymzın dünənki reportajında ABŞ rəsmilərinə istinad edilərək İsrail təyyarələriin Aralıq dənizi və Yunanıstan üzərində təlim keçərək İranın nüvə obyektlərinə potensial hücuma məşq etdikləri yazılıb. Dövlət Departamentinin sözçüsü Şon Makkormak ümid etdiyini bildirib ki, Buş adminsitrasiyasın yürütdüyü diplomatik kurs özünün müsbət nəticəsini verəcək. O, İsrailin 100 təyarədən ibarət məşqinin məramlarını bilmədiyini söyləmiş, lakin eyni zamanda vurğulamışdır ki, İranın yəhudi dövləti haqda retorikası İsrail hökumətini vadar edir ki, Tehranı düşmən kimi dəyərləndirsin.

İsrail rəsmiləri bu məşqlərə şərh verməkdən imtina ediblər. Lakin İsrail hökumətinin üzvləri, həmçinin baş nazirin müavini Şaul Mofaz xəbərdarlıq ediblər ki, əgər İranın nüvə proqramı dayandırılmasa onda İsrailin hücumdan başqa seçimi olmayacaq.

İsrail 1980-ci ildə Səddam Hüseynin rəhbərlik etdiyi İraqın nüvə reaktorunu dağıtmışdı. Həmçinin Tel Əviv ötən Sentyabrda Suriyada Şimali Koreyanın inşa etməkdə yardım göstərdiyindən şübhələnilən nüvə obyektini bombardan edib.

XS
SM
MD
LG