Accessibility links

Tripolidə hökumət tərəfdarları ilə müxalifət arasındakı qarşıdurma davam edir


Livanın paytaxtı Tripolidə hökumət tərəfdarları ilə müxalifət arasında baş verən qarşıdurma ikinci gündür davam edir. Zorakılıqlar səbəbi ilə 8 adamın öldürüldüyü bildirilir. Bu gün tərəflərə pulemyot və qumbaratanlarla xəbərdarlıq atəşi açılıb. Bu iki gün ərzində 30-dan artıq insan yaralanıb. Evlər və mağazalara ziyan dəyib. Bazar günündən baş qaldıran zorakılıqlarda hökuməti dəstəkləyən sünni müsəlmanlarla Hizbullahın başçılıq etdiyi ələvi yaraqlılar iştirak edir.

XS
SM
MD
LG