Accessibility links

ABŞ Mətbuatı: Seçki Kampaniyası


ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn ilkin seçkilər mövsümünün ardınca səsvermə kampaniyasının tempini artırıblar. Nyu York Taymzın bu günkü nüsxəsində Demokrat namizəd Barak Obama ilə Amerikanın müsəlman icması arasında gərginləşən atmosferdən bəhs edilir. Rəqibləri tərəfindən müsəlman olmaqda ittiham edilən Barak Hüseyn Obama bu iddiaları qətiyyətlə rədd etmiş və bu xüsusda özü ilə müsəlman icması arasında məsafə qoymağa başlamışdır. Amerikanın ilk və yeganə müsəlman Konqresmeni Kit Ellison cənab Obama üçün Sidar Rəpidz şəhərinin məscidində çıxış etmək planından danışır. Onun sözlərinə görə törəndən bir az öncə Obama kampaniyasının nümayəndəsi Ellisondan öz sözlərində son dərəcə ehtiyatlı olmağı xahiş etdi.

Nyu York Taymsın şərhində deyilir ki, Baraka Obama prezidentlik uğrunda kampaniyaya başlayanda Kaliforniyadan və Virciniyadan olan müsəlman Amerikalılar böyük həvəslə onu müdafiə edirdilər. Onların gözündə Obama mülki hüquqların, dini tolerantlığın və xarici əlaqələrdə diplomatiyanın təşviqatçısı kimi parlaq bir namizəd idi. Amma o vaxtdan bir il keçmiş, Barak Obama müsəlmanların ona göstərdiyi qayğının cavabını qaytarmayıb. Nyu York Taymz yazır ki, Müsəlman qrupların rəhbərləri analyır ki, gərgin seçki iqlimində Obamanın onlarla yaxın təmas qurması problem doğura bilər. Eyni zamanda sevdikləri namizədin kampaniyasından uzaqda qalmaq bir çoxlarını kədərləndirir.

Barak Obamanın vədinə xilaf çıxaraq seçki kampaniyası üçün dövlətin maliyyə yardımından imtina etməsi də mətbuatda qızğın debatlara yol açıb. Belə ki, dövlət yardımını qəbul edən namizədin xərcləlrinə məhdudiyyətlər qoyulur. Barak Obamanın donarlardan toplayacağı vəsaitin isə dövlətdən ala biləcəyi puldan dörd dəfə çox olacağı gözlənilir.

Vaşinqton post qəzetinin şərhçisi Riçard Kohen bu növ halların simptomatik olduğunu deyərək Respublikaçı namizəd Con Makkeynlə Barak Obamanı müqayisə edir. Kohenin fikrincə seçkilərdə başlıcası xarakter məsələsidir ki, burada da Obama Makkeyndən geridə qalır. Təbii ki, Con Makkeyn də indiyədək bir sıra məsələlərdə öz mövqeyini dəyişib. İmmiqrasiyadan tutmuş, vergilərədək Makkeyn son aylarda sağa doğru hərəkət edərək mühafizəkarları öz sədaqətinə əmin edib. Amma Obamadan fərqli olaraq Makkeyni Amerikalılar çox yaxşı tanıyır. 5 il Şimali Vyetnam hərbi məhbəsində saxlanan və vaxtından əvvəl buraxılmaqdan imtina edən Makkeyn üçün qırmızı xətt, limit var ki, bu, hələ Obamada sezilmir, deyə Kohen yazır. O, deyir ki, Barak Obamanın özünə rahat olan məsələlərdə mövqeyini qəflətən dəyişməsi isə namizədin xarakteri haqda sualları artırır.

Vaşington Postun başqa yazarı Yucin Robinson Obamanın diqqəti irqi məsələyə çevirməsindən bəhs edir. Robinsonun fikrincə bir çox tənqidçilər güman edirlər ki, Obamanın irqdən danışması seçki kampaniyasında mühüm yer tutan başqa məsələlərdən diqqəti yayındırır. Onun yazdığına görə rəy sorğuları göstəriri ki, Amerikaların 10 faizi müəyyən irqi ayrıseçkilik hissinə malik olduğunu etiraf edir. Belə olan halda Obamanın öz təcrübəsindən və iki-irqli ailəsindən açıq danışması Amerikada irq barədə debatın müsbət ton almasına yardım göstərə bilər, deyə Robinson yazısını bitirir.

XS
SM
MD
LG