Accessibility links

Nəvaz Şərifin tərəfdarları yeni aksiyalar keçirir


Pakistanın sabiq baş naziri Nəvaz Şərifin yüzlərlə tərəfdarı məhkəmənin onun parlament seçkilərində iştirakını qadağan etməsi qərarına etiraz edərək, aksiya təşkil edib. Bu gün İslamabaddakı parlament binası qarşısına toplaşan nümayişçilər məhkəmənin qərarına görə prezident Pərviz Müşərrəfi günahlandırıb. Baş nazir Yusif Rza Gilani bildirib ki, hökumət bu qərarı dəyişəcək. Lahor məhkəməsi cənab Şərifin seçkilərdə iştirakına qadağanı 1999-cu ildə hərbi çevriliş zamanı onun hakimiyyətdən salınmasına yol açan ittihamlara əsasən dünən tətbiq edib.

XS
SM
MD
LG