Nyu
York brijasında neftin qiymətinin barreli 4 dollar artıb. Bu artım OPEK sözçüsünün neft qiymətlərinin
yüksələcəyi haqda proqnozundan sonra baş verib. Neft İxrac Edən Ölkələrin Təşkilatı – OPEK deyir ki, bir barrel
neftin qiyməti növbəti bir neçə ay ərzində 150-170 dollara yüksələ bilər. OPEK Prezidenti Çakib Xelil bu gün Fransa
televiziyasında müsahibədə artan neft qiymətlərini zəif dollar və Yaxın
Şərqdəki qeyri-sabitliklə əlaqələndirib.
Xelil həmçinin neft qiymətlərinin barrelinin 200 dollara çatcağına
şübhəsini izhar edib. O, qeyd edib edib ki, OPEK artan təlabata uyğun neft
hasil edə bilər.