Accessibility links

Əfqanıstan və Pakistana əlavə yardım barədə razılıq əldə edilib


Dünyanın səkkiz zəngin ölkəsi Əfqanıstan və Pakistan sərhəddində vəziyəti sabitləşdirmək üçün dörd milyard dollar ayrılması haqda razılıq əldə ediblər. Səkkizlər qrupunun xarici işləri naziləri ekstremizm və qeyri-sabitliyin mövcud olduğu, qəbilələrin yaşadığı regionlar üçün 150 layihənin planlaşdırıldığını elan edib.

Xarici işlər nazirlərinin Yaponiyanın Kioto şəhərində bu gün başlayan görüşü iki gün davam edəcək.Görüşdə ABŞ dövlət katibi Kondoliza Rays və onun Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Rusiya və Yaponiyadan həmkarları iştirak edirlər. Danışıqlar zamanı gələn ay Yaponiyanın Hokkaydo şəhərində Səkkizlər qrupunun liderlərinin zirvə görüşü üçün hazırlıqlar müzakirə olunacaq.

XS
SM
MD
LG