Tək-namizədli seçkilərdə qalib gəldikdən sonra Zimbabvedə rəsmilər Prezident Robert Muqabenin inaqurasiyasının bu gün keçiriləcəyini deyirlər. Seçki komissiyası hələ də Cümə gününün səsverməsinin tam nəticələrini açıqlamayıb. Rəsmilər andiçmə mərasiminin paytaxt Hararedə yerli vaxtla günorta saat 3-də baş verəcəyini bildirirlər. Dövlət televiziyası 84 yaşlı prezidenti qələbəsəini elan edərkən göstərib. Bir çox regional və beynəlxalq müşahidəçilər səsverməniin legitim olmadığını bildirirlər. Belə ki, müxalifət namizədi Morqan Tsvangiray öz tətərfdarlarına qarşı zorakılıqların artması ucbatından seçkiləri tərk etmişdi.