Accessibility links

Zimbabve hakimiyyətin bölüşdürülməsi çağırışlarını qəbul etmir


Zimbabve prezidenti Robert Muqabenin sözçüsü ölkənin siyasi böhranını həll etmək üçün Keniyada olduğu kimi hakimiyyətin bölüşdürülməsi haqda çağırışları rədd edib. Sözçü Corc Karamba bu gün jurnalistlərə bildirib ki, “Keniya Keniyadır, Zimbabve isə Zimbabve!” və bu ölkələrin münaqişələrin həllində müxtəlif üsulları var. Karamba bu şərhləri Misirin Şərm Əl-Şeyx kurort şəhərində keçirilən Afrika Birliyi sammitində liderlər Zimbabvedə davam edən siyasi qarmaqarışıqlığın həlli yollarını axtardığı vaxt verib. Sözçü Keniya baş naziri Reyla Odinqanı tənqid edərək, onun əlinin qana bulaşdığını deyib. Keniya lideri yalnız saysız-hesabsız zorakılıqlar nəticəsində 1500-dən çox adam həlak olandan sonra hakimiyyətin bölüşdürülməsi ilə vəzifəyə keçmişdi.

XS
SM
MD
LG