Accessibility links

Keçmiş Sovet respublikaları liderləri görüş keçirmişlər


Keçmiş Sovet respublikaları Azərbaycan, Gürcüstan və Ukraynanın dövlət başçıları demokratik islahatlar, enerji təhlükəsizliyi və iqtisadi stabillik məsələlərini müzakirə etmək üçün görüş keçiriblər. Gürcüstanın Qara dəniz sahili şəhəri Batumidə keçirilən bugünkü danışıqlarda Mixail Saakaşvili, Viktor Yuşenko və İlham Əliyev iştirak edib. Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkus sammitə rəsmi qonaq kimi dəvət olunub. Moldova hökumətini isə daxili işlər naziri Valentin Mayinski təmsil edib. Regional danışıqlar Gürcüstanın Abxaziya regionunda Rusiyayönümlü separatçıların sərhədlərini bağladığı vaxt keçirilir.

XS
SM
MD
LG