Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd
bölgəsində fələstinlilərlə Misiri polis
arasında toqquşmanın baş verdiyi bildirilir. Şahidlər və polis bildirirlər ki,
Misrin sərhəd keşikçilərinin az sayda fələstinlilərə sərhəddən keçməyə icazə
verdiyinə görə, fələstinlilərin qəzəblənərək sərhəd keşikçilərinə daş atmaları
nəticəsində azı 6 polis yaralanıb. Polis qəzəbli fələstinlilərə qarşı suvuran
maşınlardan istifadə edib. Misir Qəzza ilə olan sərhəddini çərşənbə axşamı
açıb. Fələstinlilər Qəzzada tibbi müalicə
ala bilmədiklərinə görə, Misirə səfər edirlər. Həmas qrupu Qəzza
zolağının nəzarətini öz əlinə aldıqdan sonra, Misir Rəfah sərhəd bölgəsini
bağlamışdı.