Accessibility links

Roman Abramoviç qubernatorluqdan istefa verdi


Kreml rəsmilərinin bildirdiyinə görə, Rusiya milyarderi, Böyük Britaniya futbol klubu Çelsinin sahibi Roman Abramoviç ölkənin Sakit okean sahili regionu Çukotkanın qubernatorluğundan istefa verib. O, Berinq boğazı yaxınlığındakı seyrək əhaliyə malik müxtariyyətin qubernatorluğundan azad edilməsini xahiş edib. Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir ki, Abramoviç öz istəyi ilə vəzifəsini tərk edir. Abramoviçin sözçüsü də istefanı təsdiq edib, ancaq “Reuters” agentliyinin bildirdiyinə görə, bu addımın nə ilə bağlı olması haqda ətraflı məlumat verməyib. 41 yaşlı Abramoviç Rusiyanın ən varlı biznesmenlərindən biridir. Onun 23 milyard dollara sahib olduğu bildirilir.

XS
SM
MD
LG