Accessibility links

Monqolustanda 4 günlük fövqəladə vəziyyət sona çatıb


Monqolustanda tətbiq olunan 4 günlük fövqəladə vəziyyət ləğv olunub. Yerli vaxtla dünən gecə başa çatan fövqəladə vəziyyətin ardınca Paytaxt Ulan-Bator küçələrində sakitlik müşahidə olunub. Prezident Nambarin Exbayar keçən həftə seçki saxtakarlıqları səbəbilə baş qaldıran iğtişaşlardan sonra qoşunlara müraciət etmişdi. Müstəqil müşahidəçilər deyir ki, onlar səsermədə böyük miqyaslı pozuntu görməyiblər, ancaq qəzəbli seçicilər küçələrə axışıblar. Nəticədə 6 nəfər həlak olub, 200 nəfər isə yaralanıb. 700-ə yaxın insanın həbs edildiyi bildirilir. Rəqib siyasi partiyaların liderləri dünən fikir ayrılıqlarını aradan götürmək üçün görüşüblər.

XS
SM
MD
LG