Accessibility links

M.Əhmədinejad: "İranla ABŞ arasında müharibə ehtimalı yoxdur"


İran prezidenti Mahmud Əhmədinejad bildirib ki , o, İranla ABŞ və ya İsrail arasında müharibə ehtimalını görmür. Cənab Əhmədinejad Malaziyada İnkişaf etməkdə olan Müsəlman ölkələr sammiti zamanı bu şərhi verib. Tehranda İran İnqilab Qvardiyasının bir rəsmisi deyib ki, əgər Birləşmiş Ştatlar mübahisəli nüvə proqramı səbəbilə İrana hücum etsə, onda İran da ABŞ-ın bütün dünyadakı həyatı əhəmmiyyət kəsb edən maraqlarını hədəf alacaq. Əli Şirazinin sözlərinə görə, İrana hücum olarsa, Tel Aviv və İran körfəzindəki Amerika hərbi dəniz qüvvələri İranın ilk hücum hədəfi olacaq.

XS
SM
MD
LG