Gürcüstanın hökumət
naziri deyir ki, Abxaziya regionunda separatçı döyüşçülərlə gürcü hökumət
qüvvələri arasında silahlı toqquşma zamanı 4 nəfər həlak olub. Xodori dərəsində
baş verən bugünkü insident nəticəsində Gürcüstan qüvvələrinin bir neçə əsgəri
yaralanıb. Abxaz rəsmilər qarşılıqlı atışmanın baş verməsini təsdiq ediblər.
Bununla yanaşı, nazir Teymur Yakobaşvili habelə deyib ki, Rusiyanın ən azı 2
hərbi təyyarəsi regionda Gürcüstanın hava sərhəddini pozub. Toqquşmalar ABŞ
dövlət katibi Kondoliza Raysın Tbilisiyə səfərindən bir neçə saat öncə baş
verib. Dövlət katibi Rusiya, Gürcüstan və separatçıları qarşıdurmadan
çəkindirməyə çalışır.