Accessibility links

Fransanın Total şirkəti İrana investisiyaların riskli olduğunu deyir


Fransa enerji şirkəti Totalın icraçı rəhbəri deyir ki, İrana investisiya qoymaq çox risklidir. Kristofer de Marjeri bu gün Faynenşl Taymz qəzetinə müsahibəsində bildirib ki, İranla biznes qurmaq onun şirkəti üçün siyasi baxımdan risk təşkil edir. Total İranın nəhəng Cənubi Pars qaz yatağında araşdırma aparmalı idi. İran hazırda BMT Təhlükəsizlik Şurasının və Avropa Birliyinin sanksiyaları altındadır. Ötən ay ABŞ Senatı İrana qarşı sanksiyaları sərtləşdirəcək qanun layihəsini təsdiq edib.

XS
SM
MD
LG