Accessibility links

Riçard Vayts: Qazaxıstan inkişaf edir


İyulun 10-da Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Qazaxıstan və Onun Qonşuluğu” başlıqlı təqdimat keçirilib. Mühazirəçi Riçard Vayts Qazaxıstanın üzləşdiyi problemlərdən və əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Vaşinqton şəhərində yerləşən Hudson İnstitutunun aparıcı tədqiqatçısı və direktoru olan cənab Vayts ötən onilliyi Qazaxıstan üçün əsasən uğur kimi dəyərləndirdi. Riçard Vaytsın çıxışı İpək Yolu seriyasında nəşr edilən “Qazaxıstan və Avrasiyanın Yeni Beynəlxalq Siyasəti” adlı kitaba əsaslanırdı. Onun sözlərinə görə Astananın yürütdüyü multi-vektorlu siyasət regionda başqa dövlətlər tərəfindən təqlid edilir. Bir vaxtlar kənd təssərüfatı məkanı kimi tanınan bu sabiq Sovet respublikası ötən illər ərzində qüdrətli siyasi elita yetişdirib və burada orta sinif genişlənməkdədir. Vayts nefti iqtisadi inkişafın başlıca mühərriki kimi görür. O biri tərəfdən müdrik islahatlar və yaxşı qanunlar olmadan Astana bu nailiyyətləri əldə edə bilməzdi. Həmçinin Qzaxıstan hökumətinin yürütdüyü xarici siyasət onu beynəlxalq məkanda tanınan fiqurlardan birinə çevirib.

Sovet dönəmində Qazaxıstan adətən Mərkəzi Asiya dövlətləri qrupuna daxil edilir və ölkə bu regional kontekstdə dəyərləndirilirdi. Lakin Astanının Trans-Xəzər siyasəti onun Avro-Asiya məkanında rol oynamasına geniş imkanlar yaradıb. Qazaxıstan MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmaqla yanaşı həm də NATO, Avropa Birliyi və ATƏT-lə sıx əməkdaşlıq edir. Rəsmi Astana Rusiya ilə ABŞ arasında ortaq məxrəc qismində kütləvi qırğın silahlarının məhv edilməsində nüvə qaçamaqlçılığına qarşı mübarizədə aktivlik nümayiş etdirib.

Vaytsın sözlərinə görə Prezident Nursultan Nazarbayev hədəfin Qazaxıstanı transkontinental iqtisadi körpüyə çevrimək olduğunu bəyan edib. Bu baxımdan Qazax rəsmiləri regional nəqliyyat, boru kəmərləri və kommunikasiya şəbəkələrinin qurulmasına xüsusi diqqət yetiriblər. Onlar ticarətə qoyulan süni maneələri və tarifləri aradan qaldırmaqla Avrasiya regionunda özəl investitisya mühitinin yaxşılaşmasına xidmət göstəriblər. Qazaxıstan hökumətinin regional inteqrasiyaya verdiyi önəm təbii ki, Atstananın maraqlarına xidmət edir. Belə ki bir ölkədə baş verən iqtisadi siyasi və ya təhlükəsizlik problemi o birisinə də təsir göstərir.

Eyni zamanda Hudson İnstitunun alimi ölkənin inkişafının post-Nazarbayev nəslinin götürəcəyi kursdan və Avropa qurumları ilə münasibətlərin tənzimlənməsindən asılı olacağını qeyd etdi. Ölkəni uzun müddət idarə etmiş Nazarbayev hazırda sabitliyin qarantıdır. Lakin təminat yoxdur ki, Nazrbayev əvvəl-axır hakimiyyəti tərk etdikdən sonra Qazaxıstan təcrübəli rəhbərlik altında inkişafını davam etdirə biləcək. Bunun üçün isə ciddi siyasi və demokratik islahatlar tələb olunur. 2010-cu ildə Qazaxıstan ATƏT-ə rotasiyalı rəhbərliyi əlinə alacaq. Qazax rəsmiləri bu imtiyazı ölkələrinin uğurlu iqtisadi və siyasi islahatlarının göstəricisi kimi nümayiş etdirirlər. Eyni zamanda Qərb dövlətləri ümid edirlər ki, Qazaxıstan hökuməti liberal siyasi islahatlar həyata keçirməklə və ölkəni ATƏT standardlarına yaxınlaşdırmaqla təşkilata layiqli üzv ola və özünün keçmiş Sovet məkanındakı nüfuzunu genişləndirə biləcək.

XS
SM
MD
LG