Accessibility links

Əfqanıstanda 2 əsgər həlak olub


Əfqanıstan polisinin bildirdiyinə görə, ölkənin cənubunda intiharçı hücumu nəticəsində 2 əsgər və bir uşaq həlak olub. Vilayətin polis rəisi Məhəmməd Hüseyn Andivalın sözlərinə görə, intiharçı Helmənd vilayətinin Marca məhəlləsində əfqan hərbi konvoyunun yanında özünü partladanda ayaq üstə olub. Partlayış zamanı ən azı 4 nəfər də yaralanıb. Hələlik partlayışın məsuliyyətini üzərinə götürən olmayıb. Ancaq Taliban yaraqlıları son aylarda əfqan və xarici qüvvələrə qarşı intiharçı hücumlarını artırıblar.

XS
SM
MD
LG