Accessibility links

Corc Buş Ofşor neft  yataqlarının istismarına qoyulmuş qadağanı ləğv edəcək


ABŞ prezidenti Corc Buş bu gün Ofşor neft yataqlarının istismarına qoyulmuş qadağanı ləğv edəcək. Ağ evin bəyanatında deyilir ki, cənab Buş qanunvericiləri Ofşor qazma işlərinə qadağanı ləğv etməyə çağıracaq. ABŞ qanunvericiləri yeni qazma işlərindən öncə buna qadağa qoyulmuş qanunun ləğv etməli olacaqlar.

Cənab Buşun bildirdiyinə görə, ekspertlər Kontinental şelfdə qazma işləri Birləşmiş Ştatlarda on il üçün kifayət qədər heft istehsal etməyə imkan verəcək. O deyib ki, Konqresin 1980-ci ildə qoyduğu qadağalardan sonra bugünkü texnoloji inkişaf ətraf mühutin qorunması şəraitində neftin istismarına imkan verir. Lakin Konqresdə əksəriyyət təşkil edən demokratlar bildirir ki, neft şirkətləri neftin istismarı üçün onlara ayrılmış 27 milyon hektar sahədən səmərəli şəkildə istifadə etmirlər.



XS
SM
MD
LG