Accessibility links

Gürcüstan və ABŞ qüvvələri birgə hərbi manevrlərə başlayıblar


Rusiya ilə Gürcüstan arasında gərginliyin eskalasiya etdiyi bir vaxt Gürcüstan və ABŞ qüvvələri sabiq Sovet respublikasında birgə hərbi manevrlərə başlayıblar. Minə yaxın ABŞ hərbi xidmətçisi və 600 gürcü əsgəri paytaxt Tbilisi yaxınlığında 3 həftə ərzində təlim keçəcək. Təlimlərdə Ukrayana, Ermənistan və Azərbaycandan da kiçik kontingentklər iştirak edir. Gürcüstan müdafiə naziri təlimlərin bir neçə ay əvvəl planlaşdırıldığını və hazırkı böhranla əlaqəli olmadığını deyib.

Bu arada, Rusiya Şimali Qafqazda öz hərbi təlimlərinə başlayılb. Manevrlərdə 8000 rus əsgəri iştirak edir.

XS
SM
MD
LG