Accessibility links

ABŞ-ın Mərkəzi Bankının rəhbəri yenidən Konqres komitəsi qarşısına çıxıb


ABŞ-ın Mərkəzi Bankının rəhbəri Ben Bernanke çətinliklərlə üzləşən Amerika iqtisadiyyatının müzakirəsi məqsədi ilə yenidən Konqres komitəsi qarşısına çıxıb. Senatın Bankçılıq Komitəsində qanunvericilərlə danışan Bernanke iqtisadiyyatın çətinliklə üzləşdiyini etitaf etsə də, bu sahədə nailiyyətlərin də qeydə alındığını deyib. ABŞ-ın Mərkəzi Bankının direktoru Ben Bernanke deyib ki, maliyyə bazarlarında sabitlik yaradılması üstünlük verilən məsələlərdəndir. Lakin o həmçinin inflyasiya riskinin yüksək olaraq qaldığını və iqtisadi artımın azaldığı barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG