Accessibility links

İranın ali ruhani rəhbəri nüvə proqramındakı məhdudiyyətlərə diqqət yetirilməsinə çağırıb


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi qərb ölkələrini islam respublikasının nüvə proqramındakı məhdudiyyətlərə diqqət yetirilməsi və onların həftə sonu müzakirələri zamanı nəzərə alınmasına çağırıb. Şənbə günü İsveçrə danışıqlarında Amerikanın yüksək səlahiyyətli diplomatı Uilyam Börnslə, İran nümayəndəsi Səid Cəlili iştirak edəcək. Danışıqların diqqət mərkəzində İranın nüvə fəaliyyətlərinin dayandırılması məsələsi yer almalıdır. Görüş İranla ABŞ arasında nadir görüşlərdən biri olacaq. Danışıqlar İranın bu yaxınlarda keçirdiyi raket sınaqlarından sonra gərginliklərin dərinləşdiyi vaxt keçirilir. Cenevrədə təşkil ediləcək görüş Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Xaviyer Solananın başçılığı altında keçiriləcək.

XS
SM
MD
LG