ABŞ-ın raketdən müdafiə proqramının rəhbəri deyir ki, Rusiyanın sistem haqda kəskin retorikasına əsas yoxdur və Avropada yerləşdiriləcək qurğular Rusiyaya təhlükə deyil. General-Leytenant Henri Oberinq deyir ki, dünya ictimaiyyəti Rusiyadan ABŞ-a ünvanladığı tənqidin səbəbini soruşmalıdır.
General Oberinq müxbirlərə bir neçə uğurlu raket vurma testlərinin videosunu nümayiş etdirib. Daha sonra o, Sakit Okeanda və Avropada orta və uzaq mənzilli raketlərin vurulması üçün nəzərdə tutulan yer və dənizə əsaslanan qurğular haqda məlumat verib. Birləşmiş Ştatlar deyir ki, sistemin Avropa elementləri İranın artan raket qabiliyyətinə qarşı müdafiə olunmaq məqsədi daşıyır. ABŞ kəşfiyyat rəsmiləri deyirlər ki, İran artıq indidən İsraili və Avropanın civarlarını vura biləcək raketlərə malikdir.
ABŞ qəbulediciləri uçan mərmiləri iri metal parçası ilə məhv edirlər. General Oberinqin sözlərinə görə bu, həmçinin sistemin hücum qabiliyyətini çətinləşdirir.
“Onlar partlayıcı daşımırlar. Onların başlığı yoxdur. Əgər biz onlardan hücum üçün istifadə etməyə çalışsaq bu dərhal adi adamlara də aydın olacaq. Bu, bizim məramımız deyil, və buna səbəb də yoxdur,” deyə general bildirib.
Ötən həftə ABŞ və Çex Respublikası interseptor radar obyekti haqda saziş imzaladılar. Rusiyanın xarici işlər nazirliyi açıqladığı bəyanatda bildirib ki, əgər saziş ratifikasiya olunarsa onda Rusiya hərbi-texnoloji metodlardan istifadə edərək cavab verəcək.
General Oberinq
habelə təkrar olaraq söyləyib ki, İran uzaq mənzilli raketləri sınaqdan
keçirənədək Avropada raketdən müdafiə sistemini işə salmayacaq. O, Rusiyanın sistemin radarının onun hava
hüdudlarına nəzarət edəcəyi haqdakı iddialarını da rədd edib. Generalın sözlərinə görə radar yalnız 250
kilometrdən yüksəkliyə nəzarət edə bilir. Sistemin Polşada planlaşdırılan
hissəsi raket vurmanı əhatə edəcək. ABŞ
rəsmiləri Polşa ilə danışıqların az qala başa çatdığını deyirlər, amma əgər bu
danışıqlar alınmasa onda Litvadakı alternativ məkan da nəzərdən keçirilir.