Accessibility links

ABŞ-ın enerji şirkəti Vanko məhkəməyə müraciət edəcəyini bildirib


ABŞ-ın enerji şirkəti Vanko bildirib ki, Ukrayna ilə enerji sahəsində razılaşmaya görə məhkəməyə müraciət edəcəyini bildirib. Şirkət bu addımın Kiyev hökumətinin onun Qara dənizdə neft və qaz istismarı üçün lisenziyasını dayandırmaq qərarını çıxardığı üçün atıldığını bildirir. Vankonun Ukraynada filialı işin dünən Stokholmda Arbitraj İnsitutunda açıldığını bildirib.

Bu ilin əvvəli baş nazir Yuliya Timoşenkonun hökuməti razılığı gündəmdən çıxarıb, Vankonun lisenziyasını dayandırmışdı. Xanım Timoşenko bu razılaşmanın Ukrayna üçün faydalı olmadığını bildirmişdi. Bir sıra məsələlərdə baş nazirin fikriləri ilə razılaşmayan Ukrayna prezidenti Viktor Yuşçenko Vankonu müdafiə etmiş və enerji layihəsinin bərpa olunması haqda qərar vermişdi.


XS
SM
MD
LG