Accessibility links

İranın xarici işlər naziri Ankaradadır


İranın xarici işlər naziri Mənuçehr Mottaki deyib ki, Amerika ilə nümayəndəliyin təsisi və birbaşa uçuqlar barədə danışıqlar keçirilə bilər. Türkiyənin paytaxtı Ankarada danışan nazir İranın nüvə proqramına dair sabah keçiriləcək danışıları müsbət inkişaf adlandıraraq, gələcək nailiyyətlərə ümid bəslədiyini deyib. Ağ Evin İranın nüvə proqramından əl çəkməsini israr etməsinə baxmayaraq, İranın raket sınağı keçirməsindən bir həftə sonra Ağ Ev İranla müzakirə üçün nümayəndəsini Cenevrəyə göndərir. ABŞ dövlət katibi Kondoliza Rays bidlirib ki, bu qərar Amerikanın İranla ümimi dil tapmaq səylərini nümayiş etdirir. İsveçrə danışıqlarında Amerikanın yüksək səlahiyyətli diplomatı Uilyam Börnslə İran nümayəndəsi Səid Cəlili iştirak edəcək. Cenevrədə təşkil ediləcək görüş Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Xaviyer Solananın başçılığı altında keçiriləcək.

XS
SM
MD
LG