ABŞ
prezidentliyinə namizəd Barak Obama xarici siyasət kursunun nümayiş etdirmək
üçün Kabildə Əfqan prezidenti Hamid Karzay ilə görüşüb. Əfqan rəsmiləri
bildirirlər ki, senator Obama və prezident Karzay yaxşı mühafizə edilən
prezident iqamətgahında nahar ziyafətində iştirak ediblər. Video kasetdə
onların təbəssümlə keçirdikləri görüş nümayiş etdirilib. Lakin bu barədə
təfərrüatlı məlumat verilməyib. Cənab
Obama əvvəllər İraqdakı Amerika hərbi qüvvələrinin sayının azaldılmasına və
onların Əfqanıstana göndərilməsinə çağıraraq bildirib ki, Əfqanıstan
terrorçuluğa qarşı mübarizədə əhəmiyyətli ölkədir. Hazırda Amerikanın 35 min
əsgəri Əfqanıstanda xidmət göstərir.