Birləşmiş Ştatların Şimali Koreyada insan hüquqları üzrə nümayəndəsi Jay Lefkovitz Seulla Pxenyan arasındakı gərginliklə əlaqədar Şimali Koreyaya səfərini təxirə salıb. Sənubi Koreyanın Yunifikasiya Nazirliyinin bildirdiyinə görə, cənab Lefkovitz Cənubi Koreyaya da üç günlük səfərini də təxirə salıb. Birləşmiş Ştatların Seuldakı səfirliyi də bu məlumatları təsdiq etmiş, lakin səfərlərin nə səbəbdən təxirə salındığı barədə məlumat verməmişdir. Cənab Lefkovitz səfəri ərəfəsində Kaesonq sənaye komplexsinə getməyi və orada çalışan fəhlələrlə görüşməyi də planlaşdırırdı.