Accessibility links

Senator Barak Obama İraqın Ənbar vilayətində olub


Birləşmiş Ştatların prezidentliyə demokrat namizədi Barak Obama bu gün səhər Əl-Qaidə yaraqlılarına qarşı mübarizə aparan sünni liderlərlə görüşmək üçün İraqın Ənbar vilayətində olub. Cənab Obama ABŞ hərbiçiləri ilə birlikdə İslamçı ekstemistlərlə regionda sabitliyi bərpa edən "Oyanış Şurası"nın liderləri ilə görüşüb. Barak Obamanın Ənbar vilayətinə səfəri İraqın baş naziri Nuri Əl-Maliki ilə Bağdadda görüşündən bir gün sonraya təsadüf edir. Günün ikinci yarısında isə Barak Obama İraqdan İordaniya kralı Abdulla ilə görüşmək üçün Ammana yola düşüb.

XS
SM
MD
LG