Diplomatik
mənbənin sözlərinə görə, Cənubi Afrika Respublikası ilə Zimbabvenin hakim
partiyası və müxalifəti arasında danışıqlar bu gün başlayacaq. Danışıqların
məqsədi zorakılıqlarla
müşayiət olunan
siyasi böhrana son qoymaqdır. Bu müzakirələr dünən Zimbabve paytaxtı Hararedə
prezident Robert Muqabe ilə Demokratik Dəyişiklik Partiyasının rəhbəri Morqan
Çanqiray arasında imzalanan razılaşmanın bir hissəsidir. Bu, siyasi rəqiblərin
son onillikdə ilk təkbətək görüşüdür. Tərəflər arasında baş müzakirəçi Cənubi
Afrika Respublikasının prezidenti Thabo Mbeki də mərasimdə iştirak edib. Əldə
olunun razılaşma tərəflərə danışıqlara sona çatdırmaq üçün 2 həftə vaxt verir.