Accessibility links

Əli Babacan Ermənistanı Türkiyənin xoşniyyətli addımlarına qarşılıq verməyə dəvət edib


ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan Nyu-Yorkda mətbuat konfransı keçirib. Jurnalistlərin suallarına cavablandıran nazir Ermənistanın Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istədiyi barədə addımlar atdığını irəli sürməsinə baxmayaraq, bu prosesi Türkiyə tərəfinin başlatdığını söyləyib. O, iki ölkə arasındakı təyyarə səfərlərini, minlərlə Ermənistan vətəndaşının Türkiyədə işləməsini, iki ölkə arasında Gürcüstan və İran vasitəsi ilə davam edən ticarət əlaqələrini bu addımlara nümunə göstərib və Ermənistandan da xoşniyyətli addımlar gözlədiklərini deyib.

Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizədliyi ilə bağlı fəaliyyətlər haqqında da danışan cənab Babacan ölkəsinin regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin bərpası barədə fəaliyyətlərinin, Türkiyənin həyata keçirdiyi iqtisadi və siyasi islahatların başqa ölkələrə nümunə kimi göstərildiyini xatırladıb.

O, BMT Baş Katibi Ban Ki Munla görüşündə Kiprdə sülh prosesinin yenidən başlanmasının müzakirə edildiyini bildirib. O, BAŞ Katibin Kipr üçün xüsusi elçi təyin etməsini alqışlayaraq deyib ki, danışıqlar prosesində iki tərəfin bir başa həlledə bilmədiyi məsələlərdə BMT elçisi vasitəçilik rolu oynaya bilər.

Səsli faylda cənab Babacanın şərhlərini dinləyə bilərsiniz.


XS
SM
MD
LG