Accessibility links

Türkiyə məhkəməsi hakim partiyanın qadağan edilməsi əleyhinə qərar çıxarıb


Türkiyə Ali Məhkəməsi ölkənin islam meylli hakim partiyasının Türkiyənin dünyəvi prinsiplərinə hədə törətmək ittihamları ilə qadağan edilməsinin əleyhinə qərar çıxarıb. Konstitusiya məhkəməsi bildirib ki, bunun əvəzində Ədalət və İnkişaf partiyasına qarşı maliyyə sanksiyaları tətbiq edərək, onun maliyyə fondlarının yarısını kəsəcək.

Baş hakim Hasim Kılıç bu qərarı partiyanın Türkiyəni islami idarə üsluna aparıb-aparmadığına dair üç gün davam edən dinləmələrdən sonra bu gün elan edib. Onun bildirdiyinə görə, 11 hakimdən altısı partiyanın qadağan edilməsinə səs verib, çoxluğun əldə edilməsi üçün bir səs kifayət etməyib.

Kılıç deyib ki, məsələ ölkədə gərginliyə səbəb olub və məhkəmənin bu günkü qərarı Ədalət və İnkişaf partiyası üçün ciddi xəbərdarlıq olmalıdır.

XS
SM
MD
LG