Accessibility links

Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının sammiti işini başa çatdırıb


Asiyanın səkkiz ölkəsinin lideri terrorizm və yoxsulluqla mübarizədə birgə iş görməyə söz verib. Rəsmi nümayəndələr bu gün Şri Lanka paytaxtı Kolomboda keçirilən Cənubi Asiya Regional Əməkdaşlıq Assosiyasının 15-ci sammitinin sonunda əməkdaqlıq haqda sənəd qəbul ediblər.

Sənəddə ölkələr kəşfiyyat məlumatlarını bölüşdürməyə, cinayət və terrorizmlə əlaqədar hüquqi məsələlərdə birgə işləməyə çağırılır. Ölkələr həmçinin regional ərzaq bankı və ərzaq qiymətlərinin artdığı şəraitdə yoxsulluqla mübarizə üçün 300 milyon dollarlıq fondun yaradılmasına razılıq veriblər.

XS
SM
MD
LG