İraq
polisinin bildirdiyinə görə, Bağdadın şimal hissəsində avtomobilə yerləşdirilən
bombanın partlaması nəticəsində 12 nəfər həlak olub. Bu gün Adhamiyə mahalının
pasport idarəsi yaxınlığında baş verən terror aktı zamanı azı 22 nəfərin də
yaralandığı bildirilir. İraq paytaxtında baş verən başqa bir hücum 6-sı mülki
vətəndaş olmaqla, 9 nəfərin yaralanması ilə nəticələnib. Partlayış polis
nəzarət məntəqəsi yaxınlığında baş verib. Hücum İraq parlamenti Kərkük regionu
üçün hakimiyyətin bölüşdürülməsi barədə mübahisələrin həll olunması məqsədilə
keçirməyi planlaşdırdığı növbədənkənar sessiyadan bir neçə saat əvvəl həyata
keçirilib.