Accessibility links

Türkiyədə məktəblilərin yataqxanasındakı hadisə ilə bağlı 3 nəfər nəzarət altına alınıb


Türkiyədə məktəblilərin yataqxanasındakı hadisə ilə bağlı 3 nəfər nəzarət altına alınıb. Səhlənkarlıq ittihamı ilə məktəbin direktoru, onun müavini və yerli assosiasiyanın rəhbəri dünən həbs edilib. Üçmərtəbəli bina ötən cümə günü qaz sızması səbəbi ilə baş verən partlayış nəticəsində dağılmış, 18 adam həlak olmuş, 27 nəfər xəsarət almışdı. Bu arada Anadolu xəbər agentliyi Antalya vilayətində baş verən yanğın səbəbi ilə iki adamın həlak olduğunu bildirir. Yanğının 4 hektarlıq meşəliyi bürüdüyü və 6 kəndin sakinlərinin evakuasiya edildiyi xəbər verilir. 60 ev, onlarla ferma, məktəb və məscidin sıradan çıxdığı deyilir.

XS
SM
MD
LG