Accessibility links

İstanbul bələdiyyəsinin binasında üç partlayış baş verib


Türkiyə rəsmiləri İstanbulun bələdiyyə binasında üç partlayışın baş verdiyini bildiriblər. Türkiyə mətbuatının verdiyi məlumata görə, hadisə yerindən qaçan motosikletçi şəhərin Üsküdar hissəsində binaya bir neçə qumbara atıb. Üsküdarın meri Mehmet Çakir bildirib ki, partlayışların ikisi yaxınlıqda yerləşən qəbiristanlıqda baş verib. Bir nəfərin yaralandığı bildirilir. Rəsmilər partlayışların baş verdiyi ərazinin əhatəyə alındığını və şübhəlilərin axtarışının aparıldığını deyiblər. Bu, son iki həftə ərzində İstanbulda baş vermiş ikinci partlayışdır.

XS
SM
MD
LG